BAKI, 6 sentyabr. TELEQRAF

Türkiyənin xarici işlər naziri Hakan Fidan və İranın xarici işlər naziri Abbas Əraqçi ABŞ-lə davam edən danışıqların gedişatını və son prosesləri telefon danışığında müzakirə ediblər.

Teleqraf xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyindəki mənbə məlumat yayıb.

Mənbənin sözlərinə görə, telefon danışığı zamanı tərəflər ABŞ-lə danışıqlar prosesi ilə bağlı son hadisələri ətraflı şəkildə qiymətləndiriblər.

Danışığın digər detalları açıqlanmayıb.