BAKI, 5 sentyabr. TELEQRAF
Türkiyənin tanınmış aktyoru Serhat Mustafa Kılıç evində ölü tapılıb.
Teleqraf Türkiyə mətbuatına istinadla xəbər verir ki, "Seksenler" serialındakı məşhur "Ergun Plak" obrazı ilə tamaşaçıların sevgisini qazanan 51 yaşlı aktyordan bir neçə gündür xəbər ala bilməyən yaxınları onun yaşadığı evə gəlib, onu hərəkətsiz vəziyyətdə aşkar ediblər.
Aktyorun limfa xərçəngi və tiroid xəstəliyindən əziyyət çəkdiyi bildirilir.
Serhat Kılıçın dəqiq ölüm səbəbi ekspertizadan sonra bəlli olacaq.
Qeyd edək ki, aktyor məşhur "Benim annem bir melek" serialında uğurla ifa etdiyi azərbaycanlı iş adamı "İbadullah" rolu ilə də yaddaşlarda qalıb. O, müsahibələrində Azərbaycan ləhcəsini və mədəniyyətini çox sevdiyini etiraf etmişdi.