BAKI, 21 iyun. TELEQRAF
İsrail hərbi qüvvələri Livandakı təhlükəsizlik zonasını tərk etməyəcək.
Teleqraf xəbər verir ki, bunu İsrail müdafiə naziri İsrael Kats deyib.
O hərbçilərin Livanda fəaliyyət göstərməsi üçün heç bir məhdudiyyətin olmadığını qeyd edib.
“Qüvvələrimiz Livandakı "Sarı xətt" boyunca yerləşən təhlükəsizlik zonasında qalmaqda davam edir və oradan terrorçulara, eləcə də onların infrastrukturuna qarşı əməliyyatlar keçirir. Elan olunan atəşkəs İsrail Müdafiə Ordusunu ölkənin şimalını qoruyan həmin təhlükəsizlik zonasındakı bütün mövqelərində saxlayır” - İ.Kats vurğulayıb.