BAKI, 17 may. TELEQRAF

İsrail ordusunun bölmələri Livanın cənubunda "Hizbullah"ın hücumuna məruz qalıb.

Teleqraf xəbər verir ki, bu barədə İsrail Ordusunun mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, İsrailin şimalındakı Misqav-Am bölgəsində hava həyəcan siqnallarının işə düşməsindən sonra “şübhəli hava hədəfi” müəyyən edilib.

Ordunun açıqlamasına görə, hava obyekti Livanın cənubunda əməliyyat aparan İsrail qüvvələrinin yaxınlığında yerə düşüb. Hadisə nəticəsində xəsarət alan olmayıb.

Məlumatda qeyd olunub ki, “Hizbullah” ötən gecə Livanın cənubunda fəaliyyət göstərən İsrail qüvvələrinə raketlər və partlayıcı maddə daşıyan pilotsuz uçuş aparatları ilə hücum edib. Bu hücumlar zamanı da itki qeydə alınmayıb.