BAKI, 6 sentyabr. TELEQRAF

İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Hörmüz boğazından icazəsiz marşrutlarla keçən üç neft tankeri və ABŞ ilə əlaqəli üç gəmiyə hücum edildiyini bildirib.

Teleqraf xəbər verir ki, bu barədə “Tasnim” SEPAH-ın açıqlamasına istinadən məlumat yayıb.

SEPAH-ın məlumatına görə, Hörmüz boğazından “qanunsuz marşrutlarla” keçən üç neft tankeri və ABŞ ilə əlaqəli üç gəmi hücuma məruz qalıb.

İran tərəfi iddia edir ki, bundan əvvəl ABŞ qüvvələri üç İran neft tankerinə hücum edib. SEPAH öz hərəkətlərini həmin hücumlara cavab zərbəsi kimi təqdim edib.

SEPAH həmçinin Fars körfəzi və Hörmüz boğazı ərazisində olan gəmilərə xəbərdarlıq edərək, icazəsiz marşrutlardan istifadə etməməyə çağırıb.