BAKI, 6 sentyabr. TELEQRAF

İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Hörmüz boğazında qorunan əraziyə daxil olmağa çalışan ABŞ-yə məxsus suüstü pilotsuz aparata zərbə endirdiyini açıqlayıb.

Teleqraf xəbər verir ki, bu barədə İranın “Press TV” telekanalı məlumat yayıb.

SEPAH-ın açıqlamasına görə, insident Hörmüz boğazında baş verib. İran tərəfi ABŞ-yə məxsus pilotsuz suüstü aparatın qorunan əraziyə daxil olmağa çalışdığını bildirib.

SEPAH bəyanatında aparatı “ABŞ-nin terrorçu silahlı qüvvələrinə” aid adlandırıb.

İnsidentin nəticələri və pilotsuz aparatın sonrakı vəziyyəti barədə əlavə məlumat verilməyib.