BAKI, 6 sentyabr. TELEQRAF

Rusiya və ABŞ nümayəndələri Ukrayna üzrə danışıqlar prosesində atılacaq növbəti addımlarla bağlı konkret planları müzakirə ediblər.

Teleqraf xəbər verir ki, bu barədə “Reuters” Ağ Evin nümayəndəsinə istinadən məlumat yayıb.

Agentliyin məlumatına görə, tərəflər Ukrayna münaqişəsinin nizamlanması üzrə danışıqların növbəti mərhələsinə dair əsaslı planları müzakirə ediblər.

ABŞ administrasiyasının nümayəndəsi bildirib ki, danışıqlar çərçivəsində atılacaq növbəti addımlar barədə yaxın bir neçə həftə ərzində açıqlama veriləcək.

Qeyd edək ki, sentyabrın 5-də Rusiya Prezidenti Vladimir Putin Kremlində ABŞ-nin nümayəndələri ilə görüş keçirib.