BAKI, 6 may. TELEQRAF

Pakistan gələn həftə ABŞ və İran arasında sülh danışıqlarının ikinci raunduna ev sahibliyi etməyə hazırlaşır.

Teleqraf xəbər verir ki, bu barədə "Anadolu" agentliyinə Pakistan hökumət rəsmiləri məlumat verib.

Bildirilib ki, İslamabad ABŞ Prezidenti Donald Trampın 14-15 may tarixlərinə planlaşdırılan Çin səfərinə qədər tərəflər arasında "ilkin" razılaşmanın əldə olunacağını gözləyir.

Pakistan tərəfi son hadisələri, xüsusilə Vaşinqtonun hərbi fəaliyyətindəki fasiləni, həmçinin bu həftə saxlanılmış İran gəmisinin və heyətinin sərbəst buraxılmasını nəzərə alaraq, münaqişənin danışıqlar yolu ilə həlli üçün dialoqun gələn həftə bərpasına ümid edir.

Məlumata görə, tərəflər arasındakı problemlərin təxminən 80-85 faizi artıq həll olunub. Lakin nüvə məsələsi hələ də tərəflər arasında əsas maneə kimi qalmaqdadır.