BAKI, 6 sentyabr. TELEQRAF
Rusiya silahlı qüvvələri axşam saatlarından başlayaraq Dnipropetrovsk vilayətinin 4 rayonuna 20-yə yaxın zərbə endirib, nəticədə iki nəfər xəsarət alıb.
Teleqraf xəbər verir ki, bu barədə Dnipropetrovsk Vilayət Hərbi Administrasiyasının rəhbəri Aleksandr Hanzha "Telegram" kanalında məlumat paylaşıb.
Hücumlar zamanı pilotsuz uçuş aparatları, artilleriya və aviasiya bombalarından istifadə olunub. Sinelnikovo rayonunda ərzaq anbarı və logistika şirkətinin binası dağılıb. Nikopol rayonunda isə çoxaltsəfəli yaşayış binası, fərdi ev və avtomobil zədələnib. Yaralanan 76 yaşlı kişi orta-ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib, 57 yaşlı digər sakinə isə ambulator tibbi yardım göstərilib. Krivoy Roq rayonunda da infrastruktur obyektlərinə ziyan dəyib.