BAKI, 6 sentyabr. TELEQRAF
Bu gün Azərbaycan Premyer Liqasında IV tura yekun vurulacaq.
Teleqraf xəbər verir ki, turun son oyun günündə 2 qarşılaşma baş tutacaq.
İlk olaraq "Turan Tovuz" evdə "Sumqayıt"ı qəbul edəcək. Tovuz şəhər stadionunda keçiriləcək oyuna saat 18:00-da start veriləcək. Görüşü Kamranbəy Rəhimov idarə edəcək.
Turun son qarşılaşmasında isə "Qarabağ" "Araz-Naxçıvan"la münasibətlərə aydınlıq gətirəcək. Matçın start fiti saat 20:15-də Tofiq Bəhramov adına Respublika Stadionunda səsləndiriləcək. Oyunda ədaləti Cavid Cəlilov qoruyacaq.
Qeyd edək ki, aktivində 4 xal olan Tovuz təmsilçisi turnir cədvəlinin 6-cı sırasında qərarlaşıb. Rəqib "Sumqayıt" isə 0 xalla sonuncudur. Rəqiblərindən 1 matç az oynayan "Qarabağ" 6 xalla 4-cü, "Araz-Naxçıvan" isə 2 xalla 11-cidir.