BAKI, 6 sentyabr. TELEQRAF

Ukraynada ötən sutka ərzində Rusiya qüvvələri ilə 245 döyüş toqquşması baş verib, hücumların 43-ü Pokrovsk istiqamətində qeydə alınıb.

Teleqraf xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Ən gərgin vəziyyət Pokrovsk istiqamətində müşahid olunub, burada rusiyalı hərbçilər 43 hücum cəhdi göstəriblər. Sutka ərzində Rusiya tərəfi 87 aviasiya zərbəsi endirib, 288 idarəolunan aviabomba, 8,3 mindən çox dron-kamikadze tətbiq edib və yaşayış məntəqələrini 2,3 mindən çox atəşə tutub.

Ukrayna aviasiyası, raket qoşunları və artilleriyası düşmənin üç canlı qüvvə cəmləşmə nöqtəsini, üç PUA idarəetmə məntəqəsini və iki komanda məntəqəsini vurub.

Rusiya ordusunun genişmiqyaslı hücum başlayandan bəri ümumi canlı qüvvə itkisi 1 milyon 496 min 440 nəfərə çatır, son sutkada isə 1 390 hərbçi zərərsizləşdirilib.