BAKI, 6 sentyabr. TELEQRAF

ABŞ Prezidenti Donald Trampın fəaliyyətini dəstəkləyənlərin nisbəti record həddə düşərək 33 faiz təşkil edib.

"Teleqraf" xəbər verir ki, bu barədə "Focaldata" şirkətinin keçirdiyi rəy sorğusunda bildirilib.

Məlumata görə, bir ay əvvəl Trampın siyasi kursunu dəstəkləyənlərin nisbəti 35 faiz olub. Respublikaçı seçicilər arasında onun dəstək səviyyəsi isə 72 faizə enib.

Sorğuda iştirak edənlərin böyük əksəriyyəti Vaşinqtonun ticarət siyasətini və tətbiq edilən gömrük rüsumlarını rədd edərək, bunu yaşam xərclərinin artması ilə əlaqələndirib. Seçicilərin üçdə ikisi ABŞ iqtisadiyyatının yanlış istiqamətdə irəlilədiyinə əmindir, 57 faizi administrasiyanın siyasətinin maliyyə rifahına mənfi təsir göstərdiyini, 56 faizi isə Kanadaya qarşı son ticarət rüsumlarından narazı qaldığını bildirib.

Bununla yanaşı, respondentlərin 46 faizi Trampın Konqresə keçiriləcək növbədənkənar seçkilərdə Respublikaçılar Partiyasının işini çətinləşdirdiyini, 47 faizi isə onun açıq dəstəklədiyi namizədə səs verməyəcəyini vurğulayıb.