BAKI, 6 may. TELEQRAF

İsrail ordusu Livanın bir neçə bölgəsində "Hizbullah" qruplaşmasının infrastruktur obyektlərinə zərbələr endirməyə başlayıb.

Teleqraf xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin (IDF) yaydığı rəsmi bəyanatda bildirilib.

Məlumata görə, bu addım tərəflər arasında əldə olunmuş atəşkəs razılaşmasının pozulması fonunda atılıb. Ordunun bəyanatında deyilir: “İsrail Müdafiə Qüvvələri Livanın bir neçə bölgəsində 'Hizbullah'ın terror infrastrukturu obyektlərini vurmağa başlayıb”.

Hücumlar Livanın cənubunda fəaliyyət göstərən İsrail hərbçilərinin yaxınlığında pilotsuz uçuş aparatlarının (PUA) partlaması barədə məlumatlardan qısa müddət sonra reallaşıb.

Qeyd edək ki, İsrail ordusu bu gün günorta saatlarında Livanın cənubundakı onlarla kəndin sakininə ərazini təxliyə etmələri barədə yeni xəbərdarlıq yaymışdı.