BAKI, 3 mart. TELEQRAF

Son dörd gün ərzində İran həbsxanalarında 32 məhkum edam edilib.

Teleqram xəbər verir ki, bu barədə İran insan haqları təşkilatları məlumat yayıb.

Məlumata görə, edamların əksər hissəsi Kərəc şəhərinin Qızılhisar həbsxanasında həyata keçirilib.

Edam olunanlar əsasən narkotik maddələrin və qəsdən adam öldürmədə ittiham olunurdu.