BAKI, 3 mart. TELEQRAF

Bolqarıstan enerji sektorunda Azərbaycan ilə strateji əməkdaşlığı daha da inkişaf etdirməyə ümid edir.

Teleqraf xəbər verir ki, bu barədə Bolqarıstanın Azərbaycandakı səfiri Ruslan Stoyanov Bakıda ölkəsinin Milli Azadlıq Gününə həsr olunmuş tədbirdə bildirib.

“Energetika tərəfdaşlığımızın əsas sahələrindən biridir. Bu sahədə əlaqələrimiz strateji əhəmiyyət kəsb edir. Azərbaycan Bolqarıstanın illik qaz istehlakının demək olar ki, yarısını təmin edir və biz enerji əlaqələrinin daha da gücləndirilməsini səbirsizliklə gözləyirik”, - diplomat deyib.