
BAKI, 28 fevral. TELEQRAF
PKK terror təşkilatının Suriyadakı qanadı YPG-dən Abdullah Öcalanın çağırışı ilə bağlı ilk açıqlama gəlib.
Teleqraf xəbər verir ki, açıqlamanı YPG terror təşkilatının lideri Mazlum Kobani (Fərhad Abdi Şahin) verib.
“PKK lideri bizə mesaj göndərdi və fikirlərini açıqladı, biz buna müsbət baxırıq. Amma mesaj bizim haqqımızda deyildi. Öcalanın çağırışı PKK-ya, PKK partizanlarınadır. Bu, birbaşa bizim bölgəmizə aid deyil. Cənubi Kürdüstan və digər yerlərə göndərdiyi mesajı bizə də göndərdi”, - Kobani bildirib.
Xatırladaq ki, PKK terror təşkilatının lideri dünən rəhbərlik etdiyi terror təşkilatını tərksilah olmağa, silahlı mübarizəni dayandırmağa və özünü buraxmağa çağırıb.