BAKI, 28 fevral. TELEQRAF

Rusiya Ukrayna məsələsində ABŞ ilə razılığa gələrək sanksiyaların ləğv olunmasına çalışır.

Teleqraf xəbər verir ki, bu qeydi İran parlamentinin keçmiş sədr müavini Əli Mütəhhəri öz "X" hesabında paylaşıb.

"Rusiya Ukrayna məsələsində ABŞ ilə razılığa gəldikdən sonra İranı Suriyada olduğu kimi qurban verməsi mümkündür",- o xəbərdarlıq edib.

Qeyd edək ki, Əli Mütəhhəri bundan əvvəl də İran hakimiyyətinin Rusiya ilə müttəfiqliyinin təhlükəli nəticələri barədə bəyanatlar vermişdi.