BAKI, 3 mart. TELEQRAF

"İkinci hissədə "Şamaxı" bütün komponentlərdə bizi üstələdi".

Teleqraf xəbər verir ki, bunuSəbailin baş məşqçisi Cavid Hüseynov Azərbaycan Premyer Liqasının XXV turunda evdəŞamaxıya 0:2 hesabı ilə məğlub olduqları matçdan sonra mətbuat konfransında deyib.

Gənc mütəxəssis görüşün ilk hissəsində daha yaxşı çıxış etdiklərini bildirib: "Çox vacib oyun idi. Aşağı pillədə olan komandalar arasında mübarizə gedir. İlk hissədə yaxşı hücumlar etdik. Amma ikinci hissədə rəqib bütün komponentlərdə bizi üstələdi. Qarşıda turlar var. Çalışacağıq ki, vəziyyətimizi düzəldək. Həm yorğunluq, həm də Ramazan ayıdır, 7 oyunçu oruclu oynayırdı. Bu bəhanə deyil. Kubok oyunu bizim üçün bu qədər əhəmiyyət daşımırdı. Amma “Qarabağ”la oyunun yorğunluğu vardı idi. Elitada qalmağa potensialımız var".

Baş məşqçi 2022/2023 mövsümündə "Şamaxı"nın baş məşqçisi olan zaman I Liqaya düşdüyü zamanı xatırlayıb: "Əslində nədəndir bilmirəm, bəzən bu işlərə səthi yanaşırsıınız. Jurnalistlər detallara baxmır. Burada və “Şamaxı”da futbolçuların səviyyəsi və bacarığı nəzərə alınmır. Ehtimal var. Amma bacarıqları və keyfiyyətləri də nəzərə almaq lazımdır. Yolumuza davam edəcəyik. Futbolçuları “Zirə” ilə oyuna kökləmək asan olmayacaq. Bu gün müəyyən səbəbdən komandanın performansı yaxşı deyildi. Bunu aradan qaldırıb növbəti oyunlara yaxşı hazırlaşacağıq".

Qeyd edək ki, "Səbail" 18 xalla Azərbaycan Premyer Liqasının autsayderidir.