
BAKI, 3 mart. TELEQRAF
Martın 3-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədovun başçılıq etdiyi nümayəndə heyəti Rumıniyaya səfəri çərçivəsində Buxarestdəki “Tey” parkında Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin abidəsini ziyarət edib.
Dövlət Komitəsindən Teleqraf-a bildirilib ki, abidə önünə gül dəstəsi qoyulub, Ulu Öndərin xatirəsi ehtiramla anılıb.