
BAKI, 3 mart. TELEQRAF
Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ Prezidenti Donald Tramp və vitse-prezident Ceyms Devid Vens ilə bağlı insidentin səbəblərini başa düşdüyünü, lakin baş verənləri müzakirə etmək niyyətində olmadığını bildirib.
Teleqraf xəbər verir ki, Zelenski bu barədə Londonda keçirilən sammitin yekunları üzrə Ukrayna və Britaniyadan olan KİV nümayəndələri ilə söhbəti zamanı söyləyib.
“Baş verənləri müzakirə etmək istəmirəm. Düşünmürəm ki, bu formatda güclü əlaqələr qurmağa davam etmək olar. Əminəm ki, bu vəziyyət keçəcək. Qarşıda daha vacib şeylər var və hamımız konstruktiv olmağa davam etsək, o zaman müsbət nəticə əldə olunacaq”, - Zelenski deyib.