
BAKI, 3 mart. TELEQRAF
İspaniyanın "Podemos" (Biz bacarırıq) partiyası və Birləşmiş Sol Hərəkatı krallığı NATO-dan çıxmağa çağırıb.
Teleqraf xəbər verir ki, bu barədə iki siyasi qüvvənin "X" dəki birgə paylaşımında qeyd olunur.
"Podemos"un baş katibi və keçmiş sosial hüquqlar naziri (2021-2023) İone Belarra hesab edir ki, ölkəsi alyansdan dərhal çıxmalıdır: "ABŞ-nin İspaniyadakı hərbi bazalarını bağlamalıyıq və hərbi xərclərin artımına son qoymalıyıq. ABŞ-nin imperialist maraqlarını müdafiə etməyi dayandırın”, - deyə paylaşımda bildirib.
Birləşmiş Sol Hərəkatı isə NATO-nu "cinayətkar təşkilat" adlandıraraq, alyansı tərk etməyin lazım olduğunu qeyd edib.
Hərəkat, həmçinin Ukraynaya yeni silah tədarükünə qarşı çıxış edib.