BAKI, 1 mart. TELEQRAF

PKK terror təşkilatı atəşkəs barəsində razılaşmağa hazır olduğunu bəyan edib.

Teleqraf xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

"Biz Abdullah Öcalanın çağırışı ilə razıyıq. Öz tərəfimizdən bu çağırışın tələblərinə riayət edəcək və onları yerinə yetirəcəyik. Bu gündən etibarən atəşkəs elan edirik",- məlumatda deyilir.

Xatırladaq ki, Öcalan bundan əvvəl PKK və ona bağlı qruplaşmaları tərksilah olmağa, silahlı mübarizəyə son qoymağa və özlərini buraxmağa çağırmışdı.