BAKI, 3 mart. TELEQRAF

Ağ Ev əmindir ki, Volodimir Zelenski sülh haqqında danışmağa qətiyyən hazır deyil və zaman onun xeyrinə işləmir.

Teleqraf xəbər verir ki, bu barədə milli təhlükəsizlik üzrə müşavir Mayk Valts "Fox News" telekanalında bildirib.

O qeyd edib ki, Zelenskinin Ağ Evdə ABŞ Prezidenti Donald Trampla görüşündən sonra onun sülh haqqında danışmağa qətiyyən hazır olmadığı üzə çıxdı. Lakin problem ondadır ki, zaman onun tərəfində deyil. Amerikalıların səbrinin həddi var. Nə pul kisəmiz dolub-daşır, nə də silah-sursat anbarlarımız çoxdur".