
Bakı, 3 mart. TELEQRAF
İkinci Dünya müharibəsindən sonra formalaşan siyasi nizam başa çatır.
Teleqraf xəbər verir ki, bunu Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sözçüsü Ömər Çelik bu gün keçirdiyi mətbuat konfransında deyib.
Fevralın 28-də Ağ Evdə ABŞ Prezidenti Donald Trampla ukraynalı həmkarı Volodimir Zelenski arasında yaşanan gərginlikdən bəhs edən partiya rəsmisi bildirib ki, artıq strateji fikir ayrılıqları müşahidə olunur.