BAKI, 3 mart. TELEQRAF

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya ilə sülh müqaviləsi bağlamaq barədə danışmağa qətiyyən hazır deyil.

Teleqraf xəbər verir ki, bu sözləri ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Mayk Vals “Fox News” telekanalına müsahibəsində deyib.

"Ağ Ev Zelenskinin Ukraynadakı döyüşlərə son qoymaq üçün lazım olan kompromislər etmək istəyini görmür. O, müharibəni dayandırmaq üçün lazımi addımları atmalı və lazımi güzəştlər təklif etməlidir”, - Mayk Vals bildirib.