BAKI, 3 mart. TELEQRAF

Böyük Britaniya Ukrayna ərazisinə silahlı kontingent göndərməyə hazırdır.

Teleqraf "Röyters"ə istinadla xəbər verir ki, bunu Böyük Britaniyanın Baş naziri Key Starmer deyib.

O söyləyib ki, Britaniya lazım gələrsə, digər ölkələrlə birlikdə Ukraynaya quru qoşunları və təyyarələrin göndərilməsində aparıcı rol oynayacaq.

Starmer Ukraynaya qoşun yeritməyə hazır olduğunu martın 3-də axşam saatlarında Avropa liderlərinin bu ölkəyə hərbi yardımla bağlı görüşünün yekunları üzrə parlamentdə çıxışı zamanı bəyan edib. Onun sözlərinə görə, London Kiyevi dəstəkləməkdə lider mövqe tutmalıdır. Eyni zamanda siyasətçi ABŞ-nin dəstəyinə ehtiyac olduğunu da bildirib.