BAKI, 1 mart. TELEQRAF

Fələstinin HƏMAS hərəkatı və İsrail arasında Qəzza sektorunda atəşkəs razılaşmasının ikinci mərhələsinin icrası üzrə danışıqlar aparılmır.

Teleqraf xəbər verir ki, bu barədə hərəkatdan bildirilib.

“İsraillə birinci razılaşmanın müddəti bu gün başa çatır. İkinci mərhələ üzrə danışıqlar atəşkəsin tətbiq edilməsinin 16-cı günündə başlamalı idi, amma hələ də ləngiyir. Hazırda ikinci mərhələ üzrə bizimlə heç bir danışıqlar aparılmır və əlaqə saxlanılmır", - hərəkatdan qeyd edilib.