BAKI, 3 mart. TELEQRAF

Yaponiyalı hakim Yuji İvasava Beynəlxalq Ədalət Məhkəməsinin sədri seçilib.

Teleqraf xəbər verir ki, bu barədə məhkəmənin mətbuata açıqlamasında deyilir.

İvasava bu vəzifəyə yanvarın 14-də Livanın baş naziri olmaq üçün vəzifəsini tərk edən Navaf Salamın istefasından sonra seçilib.

Salamın sədrlik müddəti 2027-ci il fevralın 5-də başa çatmalı idi. Həmin vaxta qədər Yuji İvasava da sədr vəzifəsini icra edəcək.

Qeyd edək ki, İvasava 2018-ci il iyunun 22-də məhkəmənin üzvüdür. O, əvvəllər Tokio Universitetində beynəlxalq hüquq professoru vəzifəsində çalışıb və BMT-nin İnsan Hüquqları Komitəsinin sədri olub.