BAKI, 3 mart. TELEQRAF

Suriya Prezidenti Əhməd Şəranın əmri ilə keçid dövrü üçün yeni konstitusiya layihəsi hazırlamaq üçün komissiya yaradılıb.

Teleqraf xəbər verir ki, bu barədə Suriya rəhbərinin mətbuat xidməti məlumat yayıb.

“Prezident Suriya xalqının qanunun aliliyinə əsaslanan dövlət qurmaq istəyinə və Suriya Milli Dialoq Konfransının nəticələrinə əsaslanaraq, keçid prosesini tənzimləyəcək konstitusiya layihəsinin hazırlanması üçün ekspertlər komitəsinin yaradılması haqqında fərman verib”, - məlumatda deyilir.

Konstitusiya layihəsini hazırlayacaq komandanın tərkibində yer alan hüquqşünas Avakın Mardin türkiyəlidir.