
BAKI, 3 mart. TELEQRAF
Rəsmi Moskva Yaponiyanın 9 vətəndaşının, o cümlədən ölkənin xarici işlər naziri Takeşi İvayanın ölkəyə girişinə qadağa qoyub.
Teleqraf xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi saytında qeyd olunub.
“Xüsusi hərbi əməliyyatla əlaqədar rəsmi Tokionun ölkəmizə qarşı tətbiq etdiyi sanksiyalar fonunda Yaponiya vətəndaşlarının, habelə Takeşi İvayanın Rusiyaya girişinə həmişəlik qadağa qoyulması barədə qərar qəbul edilib”, - məlumatda belə deyilir.