
BAKI, 3 mart. TELEQRAF
Moskvadan Təl-Əvivə uçan "Red Wings Airlines" təyyarəsində uçuş zamanı problemlər yaranıb.
Teleqraf xəbər verir ki, bu barədə "Aviaincident" teleqram kanalı məlumat paylaşıb.
Məlumata görə, uçuşun başlamasından təxminən yarım saat sonra ekipaj burun şassisi qapısının bağlanmaması ilə bağlı şübhələr bildirib. Nəticədə təyyarə komandiri Rusiya paytaxtına qayıtmaq qərarına gəlib. Təyyarə 80 dəqiqə səmada qaldığına görə yanacağı bitdiyindən Domodedovo Hava Limanına enib.
Xatırladaq ki, fevralın 25-də Rusiya aviaşirkətinə aid BƏƏ-yə uçan təyyarə qəfil istiqamətini dəyişərək başqa yerə enmişdi. Həmin təyyarədə fövqəladə vəziyyət yaranmışdı.