BAKI, 3 mart. TELEQRAF

Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalı həbsdə olan Xalqların Demokratiya Partiyasının (HDP) keçmiş həmsədri Səlahəddin Dəmirtaşla telefonla danışıb.

Teleqraf xəbər verir ki, bu barədə MHP-yə yaxınlığı ilə tanınan “Bengü Türk” TV məlumat yayıb.

Telefon danışığı PKK terror təşkilatının lideri Abdullah Öcalanın rəhbərlik etdiyi təşkilatı tərksilah olmağa və özünü buraxmağa çağırmasından sonra baş tutub.

Dəmirtaş PKK lideri Öcalanın “PKK özünü dağıtmalıdır” çağırışından sonra “Gazete Duvar” üçün məqalə yazıb.

Keçmiş HDP-nin rəhbəri PKK liderinin çağırışını dəstəkləmişdi.