BAKI, 2 mart. TELEQRAF

Martın 3-də Ankarada Türkiyə ilə Böyük Britaniya arasında Suriya məsələsi üzrə məsləhətləşmələr keçiriləcək.

Teleqraf “TRT Haber”ə istinadən xəbər verir ki, görüşdə Türkiyə xarici işlər nazirinin müavini Nuh Yılmaz və Britaniyanın Yaxın Şərq, Şimali Afrika, Əfqanıstan və Pakistan üzrə dövlət naziri Hamiş Falkoner iştirak edəcək.

Məsləhətləşmələr zamanı başlıca olaraq Suriya və digər regional məsələlərlə bağlı fikir mübadiləsi aparılacaq.

Danışıqlarda həmçinin İsrailin Suriyanın suverenliyini pozan və təhdid edən hərəkətlərinin dayandırılması və Suriyanın gələcəyində terrora yer olmadığı vurğulanacaq.