
BAKI, 3 mart. TELEQRAF
Rusiyanın Sakit Okean Donanmasının gəmiləri Hind okeanında təlimlər keçirir.
Teleqraf xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
"Sakit Okean Donanmasının gəmi dəstəsi Hind okeanının şərqində artilleriya təlimləri keçirib", - nazirliyin açıqlamasında bildirilir.
Açıqlamada, həmçinin qeyd olunub ki, təlimlərə “Ka-27M” tipli helikopterlər də cəlb edilib.
Xatırladaq ki, Rusiyanın Sakit Okean Donanmasının gəmiləri keçən ay Cənubi Çin dənizində hava hücumundan müdafiə təlimləri keçmişdi.