
BAKI, 1 mart. TELEQRAF
İsrail Türkiyənin bölgədə artan təsirini azaltmaq üçün ABŞ-dən Suriyanın zəiflədilməsini və Rusiyanın buradakı hərbi bazalarının saxlanılmasını istəyir.
Teleqraf xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
Nəşr qeyd edir ki, İsrailin bu mövqeyi bölgədə Türkiyənin artan təsirinə qarşı çıxmaq istəyindən irəli gəlir:
“İsraillə-Türkiyə münasibətləri Qəzza müharibəsinin başlamasından sonra pisləşib. İsrail rəsmiləri Vaşinqtona bildiriblər ki, Ankaranın dəstəklədiyi Suriyanın yeni hökuməti ölkənin təhlükəsizliyi üçün təhdid yarada bilər”.
Agentliyə danışan mütəxəssislər qeyd edirlər ki, Donald Tramp administrasiyası Vaşinqtonun Suriya siyasətində mümkün dəyişikliklər barədə hələ son qərarını verməyib.