
BAKI, 3 mart. TELEQRAF
Türkmənistan “Şimal-Cənub” və “Şərq-Qərb” beynəlxalq multimodal nəqliyyat dəhlizlərinin inkişafında Dünya Bankı ilə əməkdaşlığa hazır olduğunu təsdiqləyib.
Teleqraf xəbər verir ki, bunu ölkə prezidenti Serdar Berdiməhəmmədov Dünya Bankının Avropa və Mərkəzi Asiya üzrə vitse-prezidenti Antonella Bassani ilə görüşündə deyib.
Görüş zamanı Türkmənistanın strateji baxımdan əlverişli coğrafi mövqeyinin nəqliyyat-logistika sektorunun inkişafında əsas amil olduğu qeyd edilib. Ölkədə müxtəlif nəqliyyat növləri üçün rabitə sistemlərinin formalaşmasına böyük əhəmiyyət verilir. Bu kontekstdə “Şimal-Cənub” və “Şərq-Qərb” regional və beynəlxalq multimodal nəqliyyat dəhlizlərinin formalaşdırılması istiqamətində işlərin aparıldığını qeyd edən dövlət başçısı Türkmənistanın onların yaradılması üzrə layihələrdə iştirakla bağlı Dünya Bankının konkret təkliflərini nəzərdən keçirməyə hazır olduğunu təsdiqləyib.