
BAKI, 4 mart. TELEQRAF
“Gürcü Arzusu” partiyasının Baş katibi, Tbilisinin meri Kaxa Kaladze müxalifətin tələb etdiyi növbədənkənar parlament seçkilərinin keçirilməsini absurd adlandırıb.
Teleqraf xəbər verir ki, o bu sözləri yerli mediyaya açıqlamasında deyib.
“Bu, adi cəfəngiyat və absurddur. Mən sizə yüz faiz əminliklə deyə bilərəm ki, seçkilər bir neçə aydan sonra keçiriləcək. Mən Gürcüstan Prezidenti Mixail Kavelaşvilinin təyin edəcəyi yerli özünüidarə orqanlarına seçkiləri nəzərdə tuturam. Növbəti parlament seçkilərinə gəlincə, o, qanuna uyğun olaraq - 2028-ci ildə keçiriləcək”, - Kaladze bildirib.