BAKI, 1 mart. TELEQRAF

PKK terror təşkilatın silahsızlaşdırılma prosesinin uğurlu olması üçün partiyanın lideri Abdullah Öcalan şəxsən bu prosesi idarə etməlidir.

Teleqraf xəbər verir ki, bu barədə PKK-nın yaydığı bəyanatda deyilir.

"Heç bir bölməmiz bizə hücum edilmədikcə silahlı əməliyyat həyata keçirməyəcək. Bundan əlavə, yalnız lider Abdullah Öcalan praktiki rəhbərliyi sayəsində silahsızlaşdırma kimi məsələlər həyata keçirilə bilər. Biz həmçinin, liderin istəyi ilə partiya qurultayını keçirməyə hazırıq. Lakin bunun üçün müvafiq təhlükəsizlik şəraiti yaradılmalı, qurultayı lider özü şəxsən idarə etməlidir”, - bəyanatda deyilir.

Xatırladaq ki, Öcalan bundan əvvəl PKK və ona bağlı qruplaşmaları tərksilah olmağa, silahlı mübarizəyə son qoymağa və özlərini buraxmağa çağırmışdı.