
BAKI, 3 mart. TELEQRAF
“Prada” və “Capri Holdings” arasında “Versace”nin satınalınması ilə bağlı danışıqlar yekunlaşmaq üzrədir. İtaliya markasının satınalınması yönündə müqavilə 1,5 milyard avro (1,6 milyard dollar) dəyərləndirilir.
Teleqraf xəbər verir ki, bu barədə “Bloomberg” adı açıqlanmayan mənbələrə istinadən məlumat yayıb.
Bildirilib ki, iki şirkətin bu ay ərzində yekun razılaşma əldə edəcəyi gözlənilir. Lakin bəzi mənbələr razılaşmanın vaxtının və dəyərinin dəyişə biləcəyini, danışıqların hələ də uğursuz olma ehtimalının olduğunu iddia edir.
Qeyd edək ki, “Capri Holdings” “Versace”ni 2018-ci ildə təxminən 1,8 milyard avroya almışdı.