BAKI, 3 mart. TELEQRAF

Azərbaycan və Bolqarıstan ikitərəfli iqtisadi əməkdaşlıqda enerji sektoruna xüsusi diqqət yetirir.

Teleqraf xəbər verir ki, bunu Azərbaycan xarici işlər nazirinin müavini Fariz Rzayev Bakıda Bolqarıstanın Milli Azadlıq Gününə həsr olunmuş tədbirdə deyib.

Rzayev xatırladıb ki, Bakı ilə Sofiya arasında diplomatik əlaqələr 33 il əvvəl qurulub və ötən dövr ərzində əlaqələr müxtəlif sahələrdə uğurla inkişaf edib.