
BAKI, 2 mart. TELEQRAF
Qəzzada atəşkəs və əsir mübadiləsi razılaşmasının birinci mərhələsinin başa çatmasının ardından İsrail hökuməti mayın 29-na qədər ehtiyatda olan 400 min əsgərin orduya çağırmasına icazə verən qanunu təsdiqləyib.
Teleqraf xəbər verir ki, bu barədə İsrailin "Kanal 12" televiziyası məlumat yayıb.
Bildirilib ki, bu addım İsrailin Qəzzaya yenidən hərbi əməliyyat keçirmək ehtimalı ilə bağlı atılıb. Məlumatda qeyd olunur ki, 2025-ci ilin də 2024-cü ilə bənzər hərbi gərginliklə keçə biləcəyi və müxtəlif bölgələrdə qeyri-sabitliyin davam edəcəyi ehtimal olunur.