BAKI, 22 fevral. TELEQRAF

Qarlı və buzlu hava şəraiti ilə əlaqədar polis əməkdaşları gücləndirilmiş rejimdə xidmətlərini davam etdirir.

Teleqraf xəbər verir ki, DİN-in mətbuat xidməti bu barədə məlumat yayıb.

Məlumatda deyirlir: "Sükan arxasında olan sürücülərin DYP əməkdaşlarının hərəkətin təhlükəsizliyi ilə bağlı tələblərinə əməl etmələri tövsiyə olunur. DİN tərəfindən yollarda olan vəziyyətlə bağlı informasiyalar fasiləsiz dislokasiya üzrə naryad qruplarına ötürülür".