BAKI, 21 fevral. TELEQRAF

Hava şəraiti ilə bağlı paytaxtın bəzi yollarında sıxlıq müşahidə olunur.

Teleqraf xəbər verir ki, bu barədə DİN məlumat yayıb.

Hazırda yollardakı vəziyyət belədir:
1. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən "20 Yanvar" metro stansiyası istiqamətində;
2. Ziya Bünyadov prospekti, Bakı Olimpiya Stadionunun qarşısından "Qara Qarayev" metro stansiyası istiqamətində;
3. Əbdülvahab Salamzadə küçəsi, "Qələbə" dairəsi istiqamətində sıxlıq müşahidə olunur.