
BAKI, 22 fevral. TELEQRAF
İngiltərə Premyer Liqasında 26-cı tura bu gün start verilib.
Teleqraf xəbər verir ki, ilk oyun günü bir neçə maraqlı qarşılaşma baş tutub.
Günün son oynunda “Aston Villa” yerli azarkeşləri önündə “Çelsi”ni məğlub edib – 2:1. Hesabı birinci hissədə qonaqlar açsalar da, Marko Asensionun dublu sayəsində “Aston Villa” güclü rəqibini üstələyib.
İddialı komandalardan “Arsenal” gözlənilmədən öz meydanında “Vest Hem”ə uduzub- 0:1.
Uğursuz mövsüm keçirən “Mançester Yunayted” yenə azarkeşərini məyus edib. “Everton”la səfər oyununda Mançester klubu 1 xalla kifayətlənib (2:2).
Turun mərkəzi qarşılaşması sabah Mançesterdə baş tutacaq. “Mançester Siti” öz meydanında “Liverpul”la qarşılaşacaq.
Hazırda “Liverpul” 61 xalla (26 oyun) liderdir. “Arsenal” 53 xalla (26 oyun) ikinci yerdədir. “Mançester Siti” 44 xalla (25 oyun) 4-cü pillədə mövqe tutur.
“Çelsi” 43 xalla (26 oyun) 6-cı, “Aston Villa” 42 xalla (27 oyun) 7-ci yerdədir. “Mançester Yunayted” 30 xalla (26 oyun) 15-ci pillədə mövqe tutub.