
BAKI, 22 fevral. TELEQRAF
Bu gün əlcəzairli kişi Fransanın cənubunda yerləşən Müluz kommunasında silahlı hücum törədib.
Teleqraf xəbər verir ki, Fransa Prezidenti Emmanuel Makron hadisəyə münasibət bildirib.
"Prokuror terror aktı kimi qəbul edilən bu cinayət işini Terrorla Mübarizə Prokurorluğuna göndərib. Buna görə də, hadisənin islamçıların terror aktı olduğuna şübhə yoxdur", - Makron deyib.
Dövlət başçısı ölkənin daxili işlər naziri Brüno Retayoya hadisə yerinə getməyi tapşırıb.
Hadisə bu gün günorta saatlarında baş verib. Fransanın şərqindəki Müluz şəhərində bazarın yaxınlığında bıçaqlı şəxs yoldan keçənlərə hücum edib. İlkin məlumata görə, bir nəfər ölüb, bir neçə nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Həlak olanların əksəriyyəti bələdiyyə polisləri olub. Hücum edən şəxs saxlanılıb.
Fransanın Terrorla Mübarizə Milli Prokurorluğu sui-qəsd və "terror fəaliyyəti ilə hökumət rəsmilərini öldürməyə cəhd" ittihamı ilə təhqiqat başlatdığını açıqlayıb. Terrorçunun polis əməkdaşlarına hücum zamanı “Allahu Əkbər” qışqırdığı bildirilir.
Məlumatlara görə, hücum edən 37 yaşlı əlcəzairli olub. Ona Fransanı tərk etmək əmri verilib və 10 il müddətinə geri qayıtması qadağan edilib.