BAKI, 22 fevral. TELEQRAF

Pnevmoniya diaqnozu ilə xəstəxanaya yerləşdirilən Roma Papası Fransisk qıcolma keçirib.

Teleqraf xəbər verir ki, bu barədə Müqəddəs Taxt-Tacın mətbuat xidməti məlumat yayıb.

Xəbərdə həmçinin bildirilir ki, Papaya pontifik qan köçürülüb.

Qeyd edək ki, Fransisk fevralın 14-dən xəstəxanaya yerləşdirilib.