BAKI, 22 fevral. TELEQRAF

Mövcud hava şəraiti ilə əlaqədar Zığ dairəsi- Hava limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi 40 km/saat, Heydər Əliyev prospekti, əsas yolda 10 km/saat, Mərdəkan şosesi və Buzovna-Zağulba yolunda isə 20 km/saat endirilib.

Bu barədə Teleqraf-a Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib.

Məlumatda deyilir ki, bütün tablolarda “buzlu yol” işarəsi qoyulub.

Sürücülərdən müəyyən olunan sürət həddinə əməl etmələri xahiş edilir.