
BAKI, 20 fevral. TELEQRAF
Paytaxtda mövcud hava şəraiti ilə bağlı sürücü və piyadaların təhlükəsiz hərəkətini təmin etmək məqsədilə polis əməkdaşları gücləndirilmiş iş rejimində çalışırlar.
Teleqraf xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.
Yolların buz bağlaması, yol-nəqliyyat hadisələrinin baş verməsi, texniki nasaz avtomobillərin yolda qalması istisna edilmir. Bu səbəblərdən yaranan nəqliyyat sıxlığının vaxtında aradan qaldırılması, rahat və təhlükəsiz hərəkət üçün tədbirlər görülür və svetoforlar daim nəzarətdə saxlanılır.
Xüsusi qeyd: Nəqliyyatı İntellektual İdarəetmə mərkəzi tərəfindən yollardakı vəziyyətlə bağlı mütəmadi məlumatlandırılma təmin ediləcək.