
BAKI, 22 fevral. TELEQRAF
“Qarabağ” kimi komanda ilə oyunda heç-heçədən məmnunam".
Teleqraf xəbər verir ki, bunu "Sabah" komandasının baş məşqçisi Vasili Berezutski səfərdə "Qarabağ"la 1:1 hesablı heç-heçə etdikləri Azərbaycan Premyer Liqasının XXIV tur matçından sonra mətbuat konfransında deyib.
43 yaşlı mütəxəssis oyunun nəticəsindən məmnun qaldığını bildirib: “Kəskin hava şəraitinə baxmayaraq, maraqlı oyun alındı. Matçın sonunda yaratdığımız qol fürsətlərindən istifadə etsəydik, qələbə qazana bilərdik. Amma “Qarabağ” kimi komanda ilə oyunda heç-heçədən məmnunam".
Rusiyalı baş məşqçi komandasının top itkilərinə yol verdiyini vurğulayıb: “Yəqin ki, məşqlərdə bizim qədər hücumların sonlarındırılması üzərində işləyən komanda yoxdur. Komandamın topla oyunundan narazı qaldım, çünki qısa ötürmələr verən zaman top itkisi ilə üzləşirdik”.
V.Berezutski daha sonra Tofiq Bəhramov adına Respublika stadionu barədə xatirəsini bölüşüb: “Analitikimizlə araşdırdıq, məncə, bu stadionda oynanamışam, Rusiya MOİK-ində ikən 2004-cü il iyulun 27-də “Neftçi” ilə UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin oyununda ehtiyatda olmuşam (Həmin matçda Vasili Berezutskinin qardaşı Aleksey Berezutski sonadək meydanda olub, 14 oktyabr 2009-cu ildə Rusiya yığmasının heyətində də Azərbaycan millisinə qarşı DÇ-2010-un seçmə oyununda da eyni hal baş verib - red.). Amma əfsanəvi hakimin adını daşıyan stadiona baş məşqçi və oyunçu kimi çıxmaq mənim üçün yaxşı nailiyyətdir".
O, “Qarabağ”ın futbolçusu Kadi Borgesi fərqləndirib: “Kadi çox keyfiyyətli oyunçudur. Rusiya Premyer Liqasında ən azı 10 komandanın heyətində start heyətində oynaya biləcək səviyyədədir”.