BAKI, 22 fevral. TELEQRAF

Futbol üzrə Türkiyə Superliqasının 25-ci turunun “Samsunspor” - "Çaykur Rizəspor" matçında maraqlı hadisə yaşanıb.

Teleqraf xəbər verir ki, matçın baş hakimi Halil Umut Meler meydandakı xətlər aydın olmadığı üçün oyunu dayandırıb.

Bildirilir ki, xətlər aydın olmayanda ofsayd sisteminin işləmədiyi bəlli olub. Problem yoluna qoyulduqdan sonra matç qaldığı yerdən davam edib.

Qeyd edək ki, hazırda oyunun ikinci hissəsi gedir. “Samsunspor” 2:0 hesabı ilə öndədir.